13 dekabr 2019, 17:25

Səxavət Orucovdan, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizdə aparılan abadlıq və quruculuq işlərinə, uğurlu siyasətiniz nəticəsində Azərbaycanın gündən-günə inkişaf etməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin gərgin əməyinizin sayəsində Azərbaycan dünyanın ən qabaqcıl ölkələri sırasına çıxıb. Biz Sizinlə daim fəxr edirik və siyasətinizi dəstəkləyirik.

Cənab Prezident, Siz təkcə Azərbaycanın deyil, bütün türk dünyasının fəxrisiniz, həm də bütün gənclərimizin qürur mənbəyisiniz. Sizin zəhmətinizin nəticəsi olaraq ölkəmiz tarixinin ən parlaq dövrünü yaşamaqdadır.

Mənim 7 azyaşlı övladım var. Ulu Öndərimizin və Sizin xalqa göstərdiyiniz xüsusi diqqət və qayğı barədə onlarla tez-tez söhbətlər edir, övladlarımda Vətənə böyük rəğbət hissi, böyük sevgi hissi oyadıram.

Sizə məqsədyönlü siyasətinizə görə bir daha təşəkkür edir, gələcək işlərinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Orucov Səxavət Babayar oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Qobustan kəndi.