13 dekabr 2019, 13:25

Həlimə Əzimovadan, Siyəzən, Azərbaycan

Hörmətli cənab Prezident.

Qayğıkeş, demokratik və müdrik dövlət başçısı olmağınız xalqımızın Sizin ətrafınızda sıx birləşməsində, ölkəmizin sürətlə inkişaf etməsində müstəsna rol oynayıb. Çıxışlarınızda hər bir məmurun xalqa xidmət etməli olduğunu vurğulayır, vətəndaşları narahat edən məsələlərin aradan qaldırılmasına böyük diqqət ayırırsınız.

Xüsusilə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm işlər görülür, səmərəli layihələr həyata keçirilir. Yeni istifadəyə verilən müəssisələrlə yanaşı, özünüməşğulluq proqramının icrası on minlərlə insanın işlə təmin edilməsinə zəmin yaradıb. Heydər Əliyev Fondunun bu istiqamətdə reallaşdırdığı layihələr də təqdirəlayiqdir. İşlə təmin olunan, dövlətimizin qayğısını görən vətəndaşlardan biri də mənəm.

Şəxsən öz adımdan və ailəm adından Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram. Allahın nəzəri üzərinizdən əskik olmasın.

Hörmətlə,

Əzimova Həlimə Sabit qızı.

Azərbaycan Respublikası, Siyəzən rayonu.