13 dekabr 2019, 12:40

Polad Həmidova və başqaları, Göyçay, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Bu məktubu Sizə yazmağımızın əsas səbəbi Göyçay rayonu ərazisində Göyçay çayının yatağının yerinin dəyişdirilərək yeni məcraya yönəldilməsindən sonra ətrafda yaşayan əhalinin sel sularından etibarlı müdafiə olunmasıdır. Göyçay çayının sahilində yaşayan əhali əvvəllər çox narahat idi. Yağış yağan zaman çayda suyun səviyyəsi qalxır, sahilyanı ərazilərin yuyulması baş verirdi. Bu, bizim evlərimizə və həyatımıza böyük təhlükə törədirdi. Görülən möhtəşəm işlərdən sonra indi sahildə heç bir təhlükə yoxdur.

Sel sularının maneəsiz ötürülməsi üçün Göyçay çayının məcrasının dəyişdirilməsini Sizin rayon sakinlərinə göstərdiyiniz böyük diqqət və qayğı kimi qiymətləndiririk. Bu layihənin həyata keçirilməsinə görə bütün göyçaylılar adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Göyçay əhalisi Sizin daxli və xarici siyasətinizi bəyənir və dəstəkləyir. Sizi bir daha əmin edirik ki, rayonumuzun sakinləri bundan sonra da ətrafınızda daha sıx birləşərək, Zati-alilərinizin rəhbərliyi ilə dövlətimizin daim qüdrətlənməsi və xalqımızın inkişaf etməsi üçün daha əzmlə çalışacaqlar.

Hörmətlə,

Həmidova Polad

Şirinov Ədalət

Heydərov Ehtiram

Namazov Etibar

Bayramov Cəmil və başqaları (cəmi 14 nəfər).

Azərbaycan Respublikası, Göyçay rayonu.