09 dekabr 2019, 15:50

Alyona Burka və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Küçəmizin pis vəziyyətdə olması sakinlərə, xüsusilə də yaşlı insanlara çox əziyyət verirdi. Aparılan təmir işləri, yola asfalt örtüyün döşənməsi bizi bu əziyyətdən xilas etdi. Yayda toz-torpağın, qışda isə palçıq və gölməçələrin əlindən canımız qurtardı. Məhəlləmizin yol problemi ilə yanaşı, kanalizasiya problemi də həll olundu. Hər bir sakinin üzündə sevinc və təbəssüm görürük. Ona görə də qocalı-cavanlı, uşaqlı-böyüklü, bir sözlə, yaşadığımız ərazinin hər bir sakini adından Sizə dərin təşəkkür edir, möhkəm cansağlığı arzulayırıq.

Hörmətli cənab Prezident, bir daha Sizə dərin minnətdarlığımızı bildiririk. Arzu edirik ki, doğma Qarabağımız tezliklə işğaldan azad olunsun, bütün məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıtsın və hamımız birlikdə Sizinlə qələbə sevincini bölüşək.

Hörmətlə,

Burka Alyona

Ocaqverdiyev Mustafa

Həsənov Səməd

Musayeva Xəyalə

Tapdıqzadə Vüqar və başqaları (cəmi 88 nəfər).

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.