09 dekabr 2019, 14:00

İbrahim Quliyevdən, Abşeron, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali BaşKomandan.

Ümummilli lider, əbədiyaşar, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, dövlətçilik ənənələrimizin əsasını qoyan ulu öndər Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirdiyinizə görə Sizə təşəkkür edirəm. Sizin həyata keçirdiyiniz siyasət, imzaladığınız fərman və sərəncamlar ölkə əhalisinin mənafeyinə, o cümlədən vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə daim xüsusi qayğınızın şahidiyik. Buna misal olaraq, Qarabağ müharibəsi əlillərinin mənzil və avtomobillərlə təminatını göstərmək olar.

Sizin tapşırığınızla Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı işləri də xeyli sürətlənib. Təminatımızın yaxşılaşdırılması üçün bütün tədbirlər görülür.

Bir Qarabağ müharibəsi əlili olaraq mən bunlardan çox razıyam. Sizin tapşırığınızla bu il mənə də gözəl bir mənzil verildi. Mənim və ailə üzvlərimin sevincinin həddi-hüdudu yoxdur. Sizə və ailənizə hər zaman minnətdarıq. Var olun, cənab Prezident! Siz hər zaman bizim arxamızda olmusunuz və biz də xalq olaraq hər zaman Sizi dəstəkləyirik, Sizə güvənirik. Əminik ki, tezliklə Sizin rəhbərliyinizlə torpaqlarımızı işğaldan azad edəcəyik və o torpaqlarda yeni evlərə köçməyin sevincini bölüşəcəyik. Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə, Quliyev İbrahim Zahid oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.