09 dekabr 2019, 11:50

Vahid Kazımov və Rəhimə Şahmirzəyevadan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Təhsilin bütün pillərində olduğu kimi, məktəbəqədər təhsildə də maddi-texniki bazanın yaxşılaşdırılması üçün çox mühüm işlər görülməkdədir. Ölkəmizdə yeni məktəbəqədər təhsil müəssisələri tikilir və ya əvvəlkilər əsaslı təmir edilir. Uşaqların təlim-tərbiyəsi ilə daha səmərəli məşğul olmaq üçün lazımi şərait yaradılıb. Biz Masallı rayonunda da bunun şahidiyik. Mövcud şərait uşaqların inkişafına təkan verməklə yanaşı, onların istedadlarının və bacarıqlarının üzə çıxarılmasına zəmin yaradır. Rayonumuzun məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığına və yaxşı qida ilə təmin olunmasına ciddi fikir verilir.

Əziz Prezidentimiz, gələcəyimiz olan uşaqlar üçün yaradılan bu şəraitə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sabahın gəncləri, cəmiyyətimizin aparıcı qüvvəsi olan indiki uşaqlar göstərilən qayğı sayəsində zəngin məlumatlara yiyələnir və dünyagörüşlərini genişləndirirlər. Heç şübhəsiz, bu amil Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Hörmətlə,

Kazımov Vahid

Şahmirzəyeva Rəhimə.

Azərbaycan Respublikası, Masallı rayonu.