06 dekabr 2019, 19:30

Nurəddin Əsgərovdan, Ağcabədi, Azərbaycan

Əziz Prezidentimiz.

Mən Qarabağ müharibəsi əlili kimi, imtiyazlı təbəqədən olan digər vətəndaşlarla bərabər, Sizin böyük diqqət və qayğınızla əhatə olunmuşam. Sizin ayırdığınız təqaüdü hər ay alıram. Bu il imzaladığınız Sərəncamla həmin təqaüdün məbləğinin artırılması bizə olan diqqətin daha bir nümunəsidir. Çox sağ olun, cənab Prezident!

Dövlətimiz tərəfindən Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə hər il xeyli sayda mənzillər, fərdi evlər hədiyyə edilir. Bu il mənə də çox gözəl, təmirli fərdi ev verildi. Ailəliklə sonsuz fərəh və qürur hissi keçirdik. Əlbəttə, bu, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərə, şəhid ailələrinə yüksək qayğının təzahürüdür.

Bütün bunlara görə Sizə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Arzu edirəm və inanıram ki, Sizin rəhbərliyinizlə tezliklə Qarabağı işğaldan azad edəcəyik. Allah Sizdən razı olsun!

Hörmətlə,

Əsgərov Nurəddin Fazil oğlu, II qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hacıbədəlli kəndi.