06 dekabr 2019, 19:10

Kamilə Əliyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

“Ölkəmizi tanıyaq” tur-aksiyası hər zaman mənim marağımda idi və bu tədbirdə iştirak etmək istəyirdim. Nəhayət, bu il mən də arzuma çatdım. Bu möhtəşəm və gözəl turda iştirak etdiyimə görə çox məmnunam. Ölkəmizi tanımaq, onun füsunkar təbiətini görmək həqiqətən də çox gözəldir. Günbəgün gözəlləşən, abadlaşan ölkəmiz, onun gözəllikləri insanı özünə məftun edir. Əbəs yerə deyilməyib ki, “Cənnət görmək istəyən Azərbaycana gəlsin”.

Tur-aksiya çərçivəsində biz Gəncə, Göygöl və Şəmkir şəhər və rayonlarında olduq. Gəzdiyimiz hər bir yer, sözün həqiqi mənasında, insanı özünə heyran edirdi. Ümumilikdə, bölgələri gəzməyimiz, onları əyani şəkildə görməyimiz, onlarla yaxından tanış olmağımız, tarixini öyrənməyimiz biliklərimizin və dünyagörüşümüzün zənginləşməsində çox böyük rol oynamışdır. Şəxsən mən getdiyim hər yerdən çox gözəl və xoş təəssüratlarla ayrıldım.

Çox sağ olun, cənab Prezident. Nə yaxşı ki, Sizin kimi Prezidentimiz var.

Hörmətlə,

Əliyeva Kamilə Kamil qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.