İlham Əliyev “Bakutel-2019” sərgisində Rusiyanın “Rossiya 24” televiziya kanalına müsahibə verib

05 dekabr 2019, 18:00
İlham Əliyev “Bakutel-2019” sərgisində Rusiyanın “Rossiya 24” televiziya kanalına müsahibə verib

Rusiyanın “Rossiya-24” telekanalı dekabrın 5-də XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019”la bağlı reportaj yayımlayıb. Reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi də yer alıb.

“Rossiya-24”ün müxbiri Aleksandr Çernetsovun reportajını təqdim edirik.

Aparıcı: Bakı. Yenə də Formula 1-in mühərriklərinin gurultusu. Bu dəfə arzu edən hər kəs özünü əsl pilot kimi hiss edə bilər. Yürüş bolidinin super müasir simulyatoru “Bakutel” Beynəlxalq Sərgisinə gətirilib. Yüzlərlə İT şirkətinin 23 ölkədən olan təmsilçisi texnologiyaların inkişafını və bu sahədə parlaq layihələri müzakirə edirlər və əlbəttə, müqavilələr bağlayırlar. Məsələn, “Azərkosmos” və Rusiyanın peyk rabitəsi arasında əməkdaşlıq müqaviləsi imzalandı. Aleksandr Çernetsov razılaşmaların nədən ibarət olduğunu öyrənib.

Müxbir: Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” mahiyyətcə ən qabaqcıl İT texnologiyalarının nümayişi üçün arenadır. Hər il Bakıya, Azərbaycan paytaxtına dünyanın 50 ölkəsinin telekommunikasiya bazarının aparıcı oyunçuları gəlir. Bu il “Bakutel”də nəinki rekord sayda iştirakçı, həm də bağlanacaq müqavilələrin rekord sayı gözlənilir. Axı, bu gün Azərbaycan Xəzəryanı regionda İT texnologiyaları sahəsində aparıcı ölkədir.

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haulin Jaon deyir:

- Təxminən 10 il əvvəl, Prezident İlham Əliyevlə görüşəndə o dedi ki, Azərbaycan neftlə zəngindir. Lakin biz anlayırdıq ki, bu ehtiyat gec-tez tükənəcək. Buna görə hələ o vaxt biz fikirləşdik ki, digər ehtiyat istiqamətlərini inkişaf etdirmək lazımdır. Təbii ki, bu mənada İKT – İnformasiya-Kommunikasiya Texnologiyaları sektoru ən mühüm idi.

Müxbir: “Bakutel-2019” yubiley sərgidir. Düz 25 il bu məkan həm aparıcı İT şirkətlərinə, həm də gənc tədqiqatçılara öz nailiyyətlərini göstərmək imkanı verir. Yeni iştirakçılar arasında İrandan olan qonaqlar var. Tərəfdaşlar kiber hücumlara qarşı İT sahəsindəki işlərini sərgidə təqdim edirlər. Digər iki qonşu stenddə isə jurnalistlərin videokameraları həqiqətən tarixi anı qeyd edir: “Azərkosmos” və Rusiyanın peyk rabitəsi ilk tərəfdaşlıq sazişini imzaladılar.

Rusiyanın “Federal Dövlət Unitar Müəssisəsi” şirkətinin biznesi inkişafı baş direktorunun müavini Kseniya Drozdova deyir:

- Kosmik imkanlarımızı birləşdirərək, biz Yaxın Şərq, Xəzər və Cənubi Afrika regionunda teleradio yayımları şirkətlərinə, rabitə operatorları şirkətlərinə daha geniş imkanlar təqdim etməyi nəzərdə tuturuq.

Müxbir: Yeri gəlmişkən, “Bakutel” təkcə biznes və strateji vəzifələr haqqında deyil. Bu, həm də əyləncədir.

Yəqin ki, bu sərginin istənilən qonağı özü üçün, öz maraqları üçün nəsə tapa bilər. Məsələn, bu Formula 1-in maksimal olaraq reallığa yaxın bolididir. Bu, əlbəttə ki, virtual olaraq trasda özbaşınalıq etmək və özünüzü Alonso kimi hiss etmək üçün nadir imkandır.

Yaxud İT robotexnika. Məsələn, dünyaca məşhur robot - Almaniyadan olan rəssam, bu isə teatronikadır - tamaşaçıların sevimlisi pianoçu robot.

İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli deyir:

-Bilirsiniz, 30-cu ilədək artıq 54 peşə süni intellekt və robotexnika ilə əvəz olunacaq. Buna görə bizim üçün gənc nəsilə yaxın gələcəkdə gözlənilənləri nümayiş etdirmək vacibdir.

Müxbir: Sərginin iştirakçılarını və qonaqlarını şəxsən salamlamaq üçün bu gün Prezident və birinci xanım da gəliblər. Kanalımıza eksklüziv müsahibədə söhbət, ilk növbədə, İlham Əliyevin fikrinə görə, bu gün ən yüksək səviyyədə olan Rusiya-Azərbaycan münasibətlərindən getdi.

Prezident İlham Əliyev deyir:

-Azərbaycan müasir texnologiyaların idxalçısı, daha artıq dərəcədə idxalçısı və istehlakçısıdır. Rusiya isə inkişaf etmiş elmi potensialı və Rusiya rəhbərliyinin bu sahəyə göstərdiyi böyük diqqət sayəsində istehsalçıya çevrilir. Buna görə də ölkələrimiz arasında dostluq münasibətlərini əsas götürərək bu istiqamətdə Rusiya qurumları ilə işləmək bizim üçün çox maraqlı olardı. Çünki heç kəs üçün sirr deyil ki, bu, həm təhlükəsizlik, həm texnologiya, həm də biznes deməkdir, ümumiyyətlə, bu, ölkələrin potensialı deməkdir.

Müxbir: Bu ilin sonunadək iki ölkənin prezidentləri növbəti dəfə Moskvada görüşəcəklər. Planda, həmçinin İT texnologiyaları sahəsində ikitərəfli münasibətlərə dair məsələlərin müzakirəsi var.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10