05 dekabr 2019, 19:30

Zəhra Murquzzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən, Murquzzadə Zəhra Xətai rayon 165 saylı tam orta məktəbin şagirdiyəm. Bu il noyabr ayında keçirilmiş “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsində iştirak etdim. Bizi Gəncə və Şəmkirdə Heydər Əliyev Mərkəzinə, Gəncə İmamzadə Kompleksinə, Nizami məqbərəsinə, Göygöldə alman kilsəsinə, Göygöl gölünə və digər yerlərə apardılar. Gəzib gördüyümüz yerlərdən çox xoş təəssüratla və zəngin məlumatla ayrıldıq.

Rayonumuzun şagirdləri tur-aksiya çərçivəsində keçirilən bilik yarışmasında fəal iştirak edərək yüksək yerlərə layiq görüldülər.

Cənab Prezident, biz şagirdlər üçün belə gözəl şərait yaratdığınıza görə Sizə və Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Murquzzadə Zəhra Sakit qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.