03 dekabr 2019, 12:05

Elnur Cahangirov və başqalarından, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Son illər ölkəmizdə aktual xarakter daşıyan məsələlərdən biri də məktəbəqədər təhsil müəssisələrinin mövcud tələbatı ödəməsi, günümüzün standartlarına cavab verməsi və lazımi şəraitlə təmin olunmasıdır. Ölkəmizdə bu istiqamətdə görülən işlər Masallı rayonunu da əhatə edib. Bölgələrdə müasir uşaq bağçalarının istifadəyə verilməsi gələcəyimiz olan uşaqlara dövlət tərəfindən göstərilən qayğının, bu istiqamətdə həyata keçirilən sosial siyasətin bariz nümunəsidir.

Həmçinin qeyd etmək istəyirik ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların ərzaqla təmin olunması və sağlam qidalanması üçün gözəl şərait yaradılıb.

Əziz Prezidentimiz, biz bu işləri çox yüksək qiymətləndiririk. Uşaqlarımızın öz həyatlarını maraqlı yaşaması, intellektual baxımdan inkişaf etməsi bizi çox sevindirir. Allah Sizə övladlarınızın, nəvələrinizin hər zaman xoş gününü görməyi qismət etsin.

Hörmətlə,

Cahangirov Elnur Abbas oğlu

Bədirov Mirqabil Miryəhya oğlu

Abbasov Elgün Xidmət oğlu

Mustafayeva Röya Malik qızı.

Azərbaycan Respublikası, Masallı rayonu.