02 dekabr 2019, 20:00

Ramil Qasımov və başqalarından, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin yürütdüyünüz daxili və xarici siyasət nəticəsində ölkəmiz gündən-günə dinamik inkişaf etməkdədir. Son illərdə imzaladığınız fərman və sərəncamlarınızın sosialyönümlü olması xalqımızın rifahının nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb olub.

Lerik rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzi aztəminatlı ailələrin azyaşlı üzvlərinə qayğı göstərməklə gələcəyimiz olan uşaqların sağlam və savadlı böyüməsində əvəzsiz rol oynayır.

Uşaqlarımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.

Cənab Prezident, müstəqil Azərbaycanın dinamik inkişafı və xalqımızın xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Qasımov Ramil Mirzəxan oğlu

Əliyev Nazim Çingiz oğlu

İmanov Camal İsa oğlu

Həmidova Samirə İdris qızı.

Azərbaycan Respublikası, Lerik rayonu.