Mehrab Əliyev və başqalarından, Tərtər, Azərbaycan
30 noyabr 2019, 16:40
Möhtərəm cənab Prezident.
Biz Tərtər məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz bölgəsində olduq. Burada yaşayan insanların adət-ənənəsi, məşğuliyyəti, rayonların sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduq. Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksi, Qubada “Qırmızı qəsəbə”, Xaçmazda Dövlət Rəsm Qalereyasını çox sevdik.
Quba soyqırımı memorial kompleksində də olduq. Ermənilərin törətdikləri vəhşiliklər barədə də bizə məlumat verildi.
“Ölkəmizi tanıyaq” tur-aksiyası bizi bölgələrlə daha yaxından tanış etdi, özümüzə yeni dostlar tapdıq, bilik yarışmasında iştirak etdik.
Möhtərəm cənab Prezident, bizə belə bir səyahət imkanı yaratdığınız üçün Sizə tur-aksiyada iştirak edən məktəblilər adından öz minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Tərtər rayon “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən məktəblilər adından,
Əliyev Mehrab
Qəhrəmanlı Əli
Abdullazadə Elnur
Həsənov Hafiz
Azərbaycan Respublikası, Tərtər rayonu.