İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir

02 noyabr 2011, 14:10

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflinin etimadnaməsini qəbul etmişdir.

Səfir Salem Xalifa Mohamed Əl-Ğafli fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Salem Xalifa Mohamed Əl-Ğafli etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin böyük tarixə malik olduğunu və uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimizin həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə əməkdaşlıq etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırladı. Birləşmiş Ərəb Əmirliklərinin səfirliyinin ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu bildirən Prezident İlham Əliyev bunun əməkdaşlığımızın daha da dərinləşdirilməsi işi üçün yaxşı imkan yaradacağını bildirdi.

Səfir Salem Xalifa Mohamed Əl-Ğafli Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayid Al Nəhəyanın, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumun və Abu Dabi əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayid Al Nəhəyanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Salem Xalifa Mohamed Əl-Ğafli Birləşmiş Ərəb Əmirliklərinin ilk səfiri kimi ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu bildirdi.

Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayid Al Nəhəyanın, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumun və Abu-Dabi əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayid Al Nəhəyanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Dubay Əmirinə, Abu-Dabi əmirliyinin vəliəhdinə çatdırmağı xahiş etdi. 

SƏNƏDLƏRSərəncamlar18 may 2019
16:20
T.A.Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Taleh Azay oğlu Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

...

18 may 2019, 16:20
SƏNƏDLƏRFərmanlar17 may 2019
18:10
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 20 fevral tarixli 713 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 713 nömrəli və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral ta...

17 may 2019, 18:10
SƏNƏDLƏRQanunlar17 may 2019
15:45
Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ...

17 may 2019, 15:45