21 noyabr 2019, 16:30

Şəmsəddin Əhmədovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Həyata keçirdiyiniz uğurlu siyasət nəticəsində Azərbaycan dünyada ən inkişaf etmiş ölkələr sırasına çıxmışdır. Şəhərlərimizlə bərabər, rayonlarımız, kənd və qəsəbələrimiz də yüksək surətlə inkişaf edir və gözəlləşir. Sizin qayğınız sayəsində respublikamızın hər yerində olduğu kimi Ağdam rayonunda da xeyli iş görülmüşdür. Bizim yaşadığımız Əfətli kəndində müasir tipli məktəb binası tikilmiş, yollar asfaltlanmış, qaz xətti çəkilmiş, kəndimizdə olan şəhidlər abidəsi yenidən qurulmuşdur.

Hörmətli cənab Prezident, görülən bütün bu işlərə görə kəndimizin gəncləri adından Sizə təşəkkür edirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram və gələcək işlərinizdə daha böyük uğurlar diləyirəm.

Hörmətlə,

Əhmədov Şəmsəddin Məhəddin oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Əfətli kəndi.