21 noyabr 2019, 16:00

İslam Sərdarov və başqalarından, Zaqatala, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin tapşırıqlarınıza, imzaladığınız sərəncamlara və dövlət proqramlarına uyğun olaraq, Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində böyük işlər görülmüşdür.

Kəndimizin əsas və daxili yolları çox yüksək səviyyədə asfaltlanmış, kənd ərazisindən keçən çayların üzərindəki körpülər yenidən inşa olunmuş, çoxsaylı suötürücü qovşaqlar bərpa edilmişdir.

Hörmətli cənab Prezident, Sizin Mehriban xanım Əliyeva ilə birlikdə həmişə xalqın yanında, əhali arasında olduğunuzu görürük. Bu amil Prezident-vətəndaş, xalq-iqtidar birliyini daha da möhkəmləndirir, bədniyyətli qüvvələrə göz dağı çəkir. Görülən bu böyük və gözəl işlərlə əlaqədar razılığımızı bildirir, Sizə çox-çox təşəkkür edirik.

Kənd sakinləri adından hörmət və ehtiramla,

Sərdarov İslam,

Ərtilov Məhəmməd,

Hacıyev Həbib,

Ramazanova Nisə,

Cabbarov Ramiz və başqaları (cəmi 16 nəfər).

Azərbaycan Respublikası, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndi.