20 noyabr 2019, 20:00

Rövşən Əlizadədən, Goranboy, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz çox sevinirik ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Sizin tərəfinizdən uğurla davam etdirilir. Mən bir gənc kimi deyərdim ki, Sizin tərəfinizdən həyata keçirilən gənclər siyasəti bu gün yeni mərhələsini yaşayır. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və təbii ki, bu inkişaf gənclər üçün yeni imkanlar açır. Dövlətimizin siyasətində gənclərlə bağlı məsələlər mühüm yer tutur.

Azərbaycanın maliyyə və iqtisadi imkanları artdıqca bütün sahələrin inkişafına vəsait qoyulur və bu, müsbət nəticələr verir. Təbii ki, gənc nəsil də bu prosesdən kənarda qalmayıb və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gənclərin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir.

Cənab Prezident, hamıya məlumdur ki, gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Yalnız paytaxtımızda deyil, regionlarımızda, xüsusilə doğma yurdumuz Goranboyda görülən işlər yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Yaradıcı və istedadlı gənclərlə iş paralel olaraq bir neçə istiqamətdə aparılır. Sizin tapşırıq və tövsiyələrini Goranboy rayonunda uğurla icra edilir.

Biz gənclər hər zaman Sizin yanınızdayıq. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı və səadət arzu edirəm.

Dərin hörmətlə,

Əlizadə Rövşən Asəf oğlu.

Azərbaycan Respublikası, Goranboy rayonu, Xoylu kəndi.