20 noyabr 2019, 16:45

Gülzar Hüseynova və başqalarından, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf respublikamızın bütün şəhər və rayonlarında geniş miqyaslı quruculuq və abadlıq işlərinə zəmin yaratmışdır. Görülən işlər, xüsusən yol infrastrukturunun yenidən qurulması şəhər və rayonlarımızın, qəsəbə və kəndlərimizin simasını daha da yaxşılaşdırır, insanların rahatlığına xidmət edir.

Yaşadığımız Xırmandalı kəndi Masallı rayonunun qədim tarixə malik və ən iri kəndlərindən biridir. Kəndimizin yolunun əsaslı şəkildə yenidən qurulması minlərlə insanın rahat gediş-gəlişini təmin edib, becərdiyimiz kənd təsərrüfatı məhsullarının daşınmasını asanlaşdırıb. Sizin tapşırıq və göstərişləriniz sayəsində bu işlər keyfiyyətlə və günün tələblərinə uyğun aparılır.

Kənd yollarının təmirinə yetirdiyiniz diqqət və qayğıya görə kəndimizin sakinləri adından Sizə təşəkkür bildirir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Hüseynova Gülzar,

Xəlilova Azadə,

Niftiyev Elxan,

İbrahimova Dürrə.

Azərbaycan Respublikası, Masallı rayonu, Xırmandalı kəndi.