20 noyabr 2019, 13:55

İsmayıl İsmayılov və başqalarından, Yevlax, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Son 16 il ərzində daha da qüdrətlənən, iqtisadi cəhətdən inkişaf edən Azərbaycan bu gün özünün yüksəlişi ilə təkcə regionda deyil, dünyada böyük nüfuz qazanıb.

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, rifahının yüksəldilməsi Sizin hər bir Azərbaycan vətəndaşına, eləcə də hər bir yevlaxlıya olan böyük qayğınızın bariz nümunəsidir. Şəhərimizin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə bu il noyabrın 13-də imzaladığınız Sərəncamla 5 milyon manat vəsait ayırmağınız Yevlaxın inkişafına göstərdiyiniz qayğının daha bir təzahürüdür.

Bu qayğıya görə şəhərimizin hər bir sakini Sizə sonsuz minnətdarlığını, böyük sevgisini bildirir. Sizə cansağlığı, yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

İsmayılov İsmayıl Rəhman oğlu

Əhmədov İlqar Yusif oğlu

Qarayeva Sürəyya İsa qızı

Allahverdiyev Nürəddin Abbas oğlu

Nəsibova Sara Əhəd qızı və başqaları (cəmi: 25 nəfər).

Azərbaycan Respublikası, Yevlax şəhəri.