20 noyabr 2019, 11:20

Məzahir Əliyevdən, Beyləqan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Gündən-günə çiçəklənən, inkişaf etmiş iqtisadiyyata malik olan Azərbaycanda ailəmlə birlikdə yaşadığım üçün fəxr edirəm. Sizdən - ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısından çox razıyıq.

Ölkəmizdə böyük abadlıq-quruculuq işləri görülür, insanların həyat səviyyəsi gündən-günə yaxşılaşır. Yaşadığımız Beyləqan rayonunun İkinci Şahsevən kəndinin yolları asfaltlanıb, daimi qazımız, işığımız, suyumuz var. Bununla yanaşı, bir çox sahələrdə əhaliyə göstərilən xidmətlərin səviyyəsi də yüksəlməkdədir.

Bütün bunlar bu günümüzlə öyünməyə, gələcəyimiz barədə daha nikbin düşünməyə əsas verir. Gördüyünüz işlərə görə Sizə “Çox sağ olun!” deyirik. Ömrünüz uzun olsun.

Hörmətlə,

Əliyev Məzahir Şirvan oğlu.

Azərbaycan Respublikası, Beyləqan rayonu, İkinci Şahsevən kəndi.