18 noyabr 2019, 14:00

Xanəli Absəlimov və Zülfüqar Fərzəliyevdən, Quba, Azərbaycan

Əziz Prezidentimiz.

Siz tez-tez çıxışlarınızda inkişafın, mədəniyyətin yoldan başlandığını vurğulayır, kəndlərin, qəsəbələrin yollarının təmiri və tikintisi üçün mütəmadi olaraq vəsait ayırır, bununla da həmin yaşayış məntəqələrini inkişaf yoluna çıxarırsınız. Biz Sizin gözəl işlərinizi daim alqışlayırıq.

Hörmətli cənab Prezident, yaşadığımız Quba rayonunun Xanəgah kəndinin daxili yolları tamamilə asfaltlanıb. Sizin birbaşa qayğınız və diqqətiniz sayəsində kəndimizdə ikinci körpü əhalinin istifadəsinə verildi. Bütün bu işlərə görə Sizə minnətdarlıq edir, uzun ömür, cansağlığı, işlərinizdə daha böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Absəlimov Xanəli

Fərzəliyev Zülfüqar

Azərbaycan Respublikası, Quba rayonu, Xanəgah kəndi.