18 noyabr 2019, 12:35

Şahsuvar Əhmədiyəlidən, Şəki, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizin prinsipial, qətiyyətli siyasətiniz sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyub, işğalçı dövlət beynəlxalq iqtisadi layihələrdən kənarda qalıb. 2016-cı ilin aprelində baş verən döyüşlərdə Azərbaycan Ordusunun qəhrəmanlığı bütün dünyaya sübut etdi ki, Azərbaycan Respublikası öz torpaqlarını azad etməyə, şəhidlərinin qisasını almağa hər an hazırdır.

Mən Aprel döyüşlərində iştirak etmişəm. Siz - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı ordumuzu və hərbi qulluqçuları daim diqqət mərkəzində saxlayırsınız. Bu gün Azərbaycan Ordusu ən müasir standartlara cavab verən döyüş texnikası ilə təmin edilib.

Möhtərəm cənab Prezident, bütün bunlara görə Sizə səmimi qəlbdən dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzu edirəm.

Hörmətlə,

Əhmədiyəli Şahsuvar Məmməd oğlu.

Azərbaycan Respublikası, Şəki rayonu, Baş Şabalıd kəndi.