16 noyabr 2019, 15:30

Eldəniz Mustafayevdən, Yevlax, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı istiqamətində imzaladığınız ardıcıl dövlət proqramları Yevlax rayonunun əhalisinin də sosial rifah halını yüksəltmiş, əhalinin məşğulluğunun təmin edilməsi üçün bir sira sənaye müəssisələri, sosial obyektlər tikilib istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır.

Yevlax şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya sistemləri sahəsində bəzi problemlər qalmaqda idi. Hər bir azərbaycanlının Prezidenti olmağınızı bir daha sübut edərək, şəhərimizin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı 2019-cü il noyabrın 13-də verdiyiniz sərəncam yevlaxlıların böyük sevincinə səbəb olmuşdur. Bununla əlaqədar Sizə dərin təşəkkürümü bildirir, Azərbaycanın gələcək inkişafı naminə ulu Tanrıdan Sizə və ailə üzvlərinizə cansağlığı və uzun ömür arzulayıram.

Allah Sizi qorusun.

Hörmətlə,

Mustafayev Eldəniz Bəhmən oğlu

Azərbaycan Respublikası, Yevlax şəhəri.