İlham Əliyev Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamına baxıb

15 noyabr 2019, 23:00

Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinin yaradıcılıq axşamı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yaradıcılıq axşamına tamaşa ediblər.

Maksim Qalkin Azərbaycan tamaşaçılarının qarşısına gözəl əhval-ruhiyyə yaradan mahnı ilə çıxdı. Azərbaycan Respublikasının Prezidentini və birinci xanımı bu zalda salamlamağın onun üçün şərəf olduğunu deyən Maksim Qalkin Bakıya tez-tez gəldiyini, şəhərimizin ildən-ilə daha da gözəlləşdiyini vurğuladı. Azərbaycan dilini sevdiyini qeyd edən şoumenin ana dilimizdə “Azərbaycan dilini öyrənmişəm. Mən Azərbaycan dilində danışıram. Amma nə danışıram, özüm bilmirəm”, - deməsi gülüş, zarafat dolu bir gecənin başlanğıcından xəbər verirdi.

Maksim Qalkin tamaşaçılar qarşısında "stand up" şousu ilə çıxış etdi. O, Rusiya və Avropanın məşhur sənətkarlarının, o cümlədən Anna German, Lyudmila Zıkina, Lev Leşşenko, Vladimir Vinokur, Dima Bilan, Valeri Leontyev, Filipp Kirkorov, Valeri Meladze, Toto Kutunyo, Co Dassen və başqa tanınmış ifaçıların mahnılarına parodiyalar təqdim etdi.

Gecənin maraqlı məqamlarından biri isə Maksim Qalkinin dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin repertuarından “Mavi əbədilik” mahnısını ifa etməsi oldu. Dünya şöhrətli sənətkar Alla Puqaçovanın repertuarından “Arlekino” mahnısını oxumasını da tamaşaçılar alqışlarla qarşıladılar.

Maksim Qalkinin təqdim etdiyi proqramlar özündə parodiya, mahnı, yumor, məşhur televiziya şoularından konsert nömrələrini birləşdirir. O, auditoriyanı hiss edir və tamaşaçıları ilə şou boyu ünsiyyət qurur. Bu axşam da istisna olmadı.

Gecənin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Maksim Qalkinlə görüşdülər.

İki saat davam edən gecədə tamaşaçı gülüşünün, sevinc əhval-ruhiyyəsinin ardı-arası kəsilmirdi. Yaradıcılıq axşamı hər kəsə xoş əhval-ruhiyyə bəxş etdi.

Qeyd edək ki, Maksim Qalkinin artistlik debütü 1994-cü ildə Moskva Dövlət Universitetinin Tələbə Teatrında olub. Həmin il o, həmçinin Estrada Teatrında "Debütlər, debütlər, debütlər" proqramında çıxış edib. O vaxtdan artistlik karyerasına uğurla davam edən Maksim Qalkin 2001-ci ildə Rusiyada "Triumf" və "Qızıl Ostap" mükafatlarını alıb. Həmin il "Vitebskdə Slavyan bazarı" festivalında ilk solo konsertini verib. O vaxtdan solo çıxışları mütəmadi xarakter alıb. 2001-ci ilin oktyabrında özünü yeni ampluada - mahnı ifaçılığında sınayıb. Onun ilk vokal təcrübəsi Rusiya estradasının əfsanəsi Alla Puqaçova ilə birlikdə oxuduğu "Bud ili ne bud" (Будь или не будь) mahnısı olub. Maksim Qalkin, həmçinin bir sıra televiziya proqramlarının aparıcısı kimi məşhurlaşıb. Onun səhnə çıxışları anşlaqla keçir, telelayihələrdə iştirakı isə yüksək reytinqi təmin edir.

Maksim Qalkinin indiyədək Bakıda verdiyi konsertlərin hər biri tamamilə yeni və fərqli olub.

SƏNƏDLƏRFərmanlar03 iyul 2020
18:35
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 97-VIQD nömrəli Qanununun tətbiqi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 735 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

03 iyul 2020, 18:35
SƏNƏDLƏRQanunlar03 iyul 2020
18:30
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ...

03 iyul 2020, 18:30
SƏNƏDLƏRFərmanlar03 iyul 2020
18:20
Azərbaycan Respublikası Prezidentinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 30 avqust tarixli 188 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyul tarixli 213 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həm...

03 iyul 2020, 18:20
SƏNƏDLƏRSərəncamlar03 iyul 2020
18:15
“Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” ...

03 iyul 2020, 18:15
SƏNƏDLƏRFərmanlar03 iyul 2020
16:30
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015...

03 iyul 2020, 16:30
SƏNƏDLƏRFərmanlar03 iyul 2020
16:20
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikası...

03 iyul 2020, 16:20
SƏNƏDLƏRFərmanlar03 iyul 2020
16:15
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də və 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş (Az...

03 iyul 2020, 16:15