15 noyabr 2019, 16:00

Rəfiqə Məmmədovadan, Mingəçevir, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Vaxtilə ulu öndərimiz Heydər Əliyev qaçqın və məcburi köçkünlərə sahib çıxmış, onların mənzillərlə təmin olunması, maddi təminatlarının yaxşılaşdırılması, bir sıra imtiyazlarla əhatə edilməsi üçün çox mühüm işlər görmüş, böyük əmək sərf etmişdir. Ümummilli Liderimizin məcburi köçkün ailələrinin toy mərasimlərində iştirakını, onlarla rəqs etməsini indi də ən xoş hadisələrdən biri kimi xatırlayırıq.

Sizin Ulu Öndərin yolunu, onun siyasi kursunu davam etdirməyinizi səmimi qəlbdən bəyənir və dəstəkləyirik. Ölkəmizin gəlirlərinin artması nəticəsində məcburi köçkünlər üçün salınan qəsəbələrin, yaşayış kompleksləri hər birimizi sevindirir. Eyni zamanda, məmurlar qarşısında qoyduğunuz tapşırıqların, həyata keçirdiyiniz islahatların bəhrəsini də biz gündəlik həyatımızda görməkdəyik.

Cənab Prezident, bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz Sizinlə və dövlətimizlə qürur duyuruq.

Ağdam rayonundan olan və Mingəçevirdə məskunlaşmış məcburi köçkün ailələri adından hörmətlə,

Məmmədova Rəfiqə Soltan qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.