14 noyabr 2019, 12:30

Amil Qafarovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycanın dilbər guşəsi Basqalda son vaxtlar görülən işlər bu diyarın tarixini yaşatmaqla yanaşı, insanların rahatlığını təmin edir, turizm potensialını artırır. Qəsəbəmizdə müasir standartlara cavab verən məktəb binasının tikilib istifadəyə verilməsi isə şagirdlərin daha yaxşı təhsil almasına, Vətənə layiqli övlad olmasına şərait yaradacaq.

Azərbaycanın inkişafı naminə gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümü bildirir, islahatlarınızı bəyənir, qərarlarınızı dəstəkləyirik. Xalq bilir ki, Sizin bütün addımlarınız vətəndaşların mənafeyi naminə atılır.

Allah Sizi qorusun!

Hörmətlə,

Qafarov Amil Ağasəfər oğlu

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Basqal qəsəbəsi.