14 noyabr 2019, 11:15

Xatirə Xəlilovadan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin sosial təşəbbüsünüz əsasında yaradılan “Dost İş Mərkəzləri” minlərlə insana ümid verir. Bu sahədə görülən işlərin sistemli və şəffaf təşkili isə vətəndaşlarda məmnunluq yaradır. Mən də Sizin xeyirli təşəbbüsünüzdən yararlandım. Əhalinin məşğulluğunu təmin edən bu quruma müraciət etdikdən sonra ailə vəziyyətim nəzərə alındı və mənə haqqı ödənilən ictimai iş təklif olundu.

Aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün gördüyünüz bütün işlərə görə Sizə təşəkkür edirik. Sizə uzun ömür, cansağlığı və xalqın işıqlı gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Xəlilova Xatirə Cəfər qızı

Azərbaycan Respublikası, Goranboy rayonu, Rəhimli kəndi .