13 noyabr 2019, 17:55

Əvəz Mikayılovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin diqqət və qayğınız nəticəsində respublikamızın bütün bölgələri demək olar ki, tamamilə qazlaşdırılıb. Ağdam rayonunun da yaşayış məntəqələri artıq “mavi yanacaq”dan istifadə edir.

Rayon ərazisində fəaliyyət göstərən bir çox məktəb və uşaq bağçalarının qızdırılmasında əvvəllər digər yanacaq vasitələrindən istifadə edilirdi. Sizin tapşırığınıza əsasən həmin müəssisələrə qaz xəttinin çəkilişinə başlanılıb. Artıq xeyli iş görülüb və işlər uğurla davam etdirilir.

Hörmətli cənab Prezident, biz ağdamlılar göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Mikayılov Əvəz, Ağdam Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Ağdam rayonu.