13 noyabr 2019, 14:45

Mükafat Yaqubov və başqalarından, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin uzunömürlülər diyarı Lerikə göstərdiyiniz qayğı rayon sakinlərində böyük sevinc və qürur hissi yaradır. Təbiətin gözəlliyini əsirgəmədiyi yurdumuzda son illər yaradılan infrastruktur bölgədə turizmin inkişafına yol açıb.

Bu işlərlə yanaşı, yaşadığımız binanın dam örtüyünün yenilənməsinə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Siz xalqın qeydinə qalmaqla, qayğılarını öyrənərək həll etməklə böyük savab və xalqın məhəbbətini qazanırsınız. Qoy, Allahın da pənahı heç vaxt üstünüzdən əskik olmasın.

Lerik camaatı Sizin siyasətinizi, dövlət idarəçiliyinizi və islahatlarınızı bəyənir və dəstəkləyir. Xalq Sizə arxalanır və Sizin arxanızca getməyə hazırdır. Allah köməyiniz olsun.

Hörmətlə,

Yaqubov Mükafat Elşad oğlu

Məhərrəmova Gülbahar Sahib qızı

Qasımov Namiq Gülhəsən oğlu.

Azərbaycan Respublikası, Lerik.