13 noyabr 2019, 14:00

Sabir Əliyev və Tofiq İmanovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edərək bütün sahələrdə nailiyyətlər qazanıb. Təsdiq etdiyiniz müvafiq Dövlət proqramlarına əsasən, Bakı şəhəri və onun rayonları, o cümlədən yaşadığımız Pirallahı rayonu böyük inkişaf yolu keçib.

Bakının ən gənc rayonu olmasına baxmayaraq, Pirallahı Sizin diqqət və qayğınız nəticəsində paytaxt rayonları arasında öz layiqli yerini tutub. Rayonumuzda açılan çoxsaylı sənaye müəssisələri, müxtəlif təyinatlı sosial obyektlər, geniş və müasir yollar yeni iş yerləri yaratmaqla yanaşı, sakinlərin rahatlığına, daha yaxşı yaşamasına xidmət edir.

Yaşadığımız binanın dam örtüyünün əsaslı təmir edilərək yenilənməsi sakinlərin ürəyincə oldu. Onların sevincinin hədd-hüdudu yoxdur. Görülən işlərə görə binamızın sakinləri adından Sizə təşəkkür edir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əliyev Sabir Valeh oğlu, Qarabağ müharibəsi əlili

İmanov Tofiq Kamran oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.