08 noyabr 2019, 17:45

Fazil Vəliyevdən, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycanımız Sizin diqqət və qayğınız sayəsində gündən-günə inkişaf edir, gözəlləşir. Hazırda ölkəmizdə elə bir sahə yoxdur ki, orada uğur, irəliləyiş hiss olunmasın. Pambıqçılıq da bunlardan biridir. Kənd təsərrüfatının ən mühüm sahələrindən biri olan pambıqçılıq indi ölkəmizə böyük gəlir, xeyir gətirir. Vaxtilə işsizlik ən böyük problemlərdən biri idi. Pambıqçılığın inkişafı ilə yüzlərlə insan özünə iş tapıb, qazanc əldə etməyə başlayıb.

Möhtərəm cənab Prezident, bu il 44 hektar sahədə pambıq əkmişik. Birinci üz yığımda hər hektardan 55 sentner məhsul götürmüşük. Hazırda məhsul yığımı davam edir. Hədəfimiz hər hektardan 65 sentnerdir. Məhsulumuz boldur, deməli təknəmizdə çörəyimiz də bol olacaq.

Cənab Prezident, respublikamızda pambıqçılığın inkişafına göstərdiyiniz dəstəyə görə Sizə minnətdarıq. Biz fermerlər Sizin dəstəyinizdən ruhlanaraq daha yüksək əhval-ruhiyyə ilə işləyir, yeni uğurlar qazanmağa çalışırıq. Tanri Sizi qorusun. Tərtərlilər daim Sizinlədir.

Hörmətlə,

Vəliyev Fazil

1-ci dərəcəli “Əmək” ordenli fermer

Azərbaycan Respublikası, Tərtər rayonu, Bəyimsarov kəndi.