08 noyabr 2019, 16:40

Osman Xəlilovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövrdə Azərbaycan çiçəklənmiş, inkişaf etmişdir. Sosial məsələlərin həllinə xüsusi önəm verməyiniz sayəsində əhalinin rifah halı, yaşayış səviyyəsi yüksəlmişdir.

Siz aztəminatlı ailələri, qaçqın və məcburi köçkün ailələrini də daim diqqətdə saxlayır, onlara qayğı göstərir və kömək edirsiniz. Sizin vəzifəli şəxslər qarşısında qoyduğunuz tələblərə, tapşırıqlara uyğun olaraq, dövlət qurumlarına ünvanladığımız müraciətlərə baxılaraq üzləşdiyimiz çətinliklər aradan qaldırılır.

Cənab Prezident, xalqımız Sizi obyektiv və ədalətli dövlət başçısı kimi qəbul edir, adınızı hər zaman uca tutur. Siz cəmiyyətimizdə şəffaflığın təmin edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirirsiniz. Sizə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Hörmətlə,

Xəlilov Osman Əsəd oğlu

Ağdam rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Yevlax rayonu, Əxşam kəndi.