08 noyabr 2019, 14:05

Rafiq Bayramov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz – Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə salamlığını itirmiş əlillər Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Vətənimiz naminə gördüyünüz bütün işlərdə Szin yanınızdayıq. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərilən böyük diqqət hər birimiz tərəfindən razılıqla qarşılanır və gənclərin Vətənpərvərlik ruhuna da müsbət təsirini göstərir.

Cənab Prezident, biz tez-tez Əlillərin Bərpa Mərkəzində müayinə və müalicə olunuruq. Bu ilin oktyabr ayında yenidən həmin mərkəzdə olduq, bizə lazımi tibbi xidmət göstərildi. Respublikamızda fəaliyyət göstərən əksər tibb ocaqları kimi, bu mərkəz də dövlətimiz tərəfindən zəruri avadanlıqlarla təchiz olunub. Bizə göstərilən qayğıya, xoş münasibətə görə Sizə minnətdarlığımızı bildiririk.

Biz dövlətimizə, şəxsən Sizə inanır və güvənirik. Siz də biz keçmiş döyüşçülərə hər zaman güvənə bilərsiniz. Əmrinizə müntəzirik.

Hörmətlə,

Bayramov Rafiq Yaqub oğlu

Qasımov Elman Hacı oğlu

Süleymanov Kamran Aslan oğlu

Əzizov Əfsər Sədət oğlu və başqaları (cəmi: 15 nəfər).

Azərbaycan Respublikası, Bakı şəhəri.