08 noyabr 2019, 11:20

Mehman Carçıyevdən, Qazax, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

İlk növbədə, Sizi qarşıdan gələn 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, Sizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Belə bayram günlərində müasir Azərbaycanın banisi, xalqımızın xilaskarı ümummilli liderimiz Heydər Əliyevi böyük ehtiram hissi ilə anırıq. Bugünkü qüdrətli, əmin-aman, gündən-günə inkişaf edən Azərbaycanımıza və mavi səmada qürurla dalğalanan üçrəngli bayrağımıza görən Sizə təşəkkür edirəm.

Cənab Prezident, son zamanlar Sizin tərəfinizdən əhalinin sosial rifahının yaxşılaşdırılması üçün aparılan islahatlar, gənclərə göstərilən diqqət və qayğı, uğurlu gənclər siyasətiniz hər bir Azərbaycan vətəndaşını, Azərbaycan ailəsini sevindirir. Sağlam düşüncəli hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənclər öz Prezidentinə böyük sədaqət, hörmət hissi ilə bağlıdırlar.

Mən də bir vətəndaş, Qarabağ qazisi, təqaüddə olan zabit kimi hər zaman Sizin əmrinizdəyəm.

Hörmətlə,

Carçıyev Mehman Davud oğlu,

II qrup Qarabağ müharibəsi əlili. Azərbaycan Respublikası, Qazax rayonu.