07 noyabr 2019, 18:05

Arzu Həsənovadan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq gördüyünüz işlər ölkəmizin sürətli sosial-iqtisadi inkişafını təmin edib. Bu müdrik siyasət sayəsində məcburi köçkünlərin və qaçqınların həyat səviyyəsi, sosial rifah halı yüksəlib, bu kateqoriyadan olan on minlərlə insanın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu istiqamətdə aparılan davamlı işlərin nəticəsidir ki, mənə və ailə üzvlərimə “Qobu Park” yaşayış kompleksində hər bir şəraiti olan mənzillər verildi.

Əziz Prezidentimiz, bizə göstərilən qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirirəm. İnanıram ki, yürütdüyünüz uzaqgörən siyasət işğal altındakı torpaqlarımızın yaxın vaxtlarda azad edilməsi ilə nəticələnəcəkdir. Qarabağlılar Sizin siyasi kursunuzu bəyənir və tam dəstəkləyirlər.

Hörmətlə,

Həsənova Arzu Həsən qızı, məcburi köçkün.

Azərbaycan Respublikası, Ağdam rayonu.