07 noyabr 2019, 12:45

Arzu Həsənovadan, Bakı, Azərbaycan

Hörmətli Mehriban xanım.

Cənab Prezidentimizə göstərdiyiniz dəstəyə, həmçinin şəxsi fədakarlığınızın bariz nümunəsi kimi məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün qısa müddətdə tikilərək istifadəyə verilmiş “Qobu Park” yaşayış kompleksində müasir avadanlıqla təchiz edilmiş mənzillərlə təmin olunduğumuza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Əminəm ki, Siz xalqımızın rifahının yüksəldilməsi üçün bütün imkanlardan istifadə edəcəksiniz.

Hörmətlə,

Həsənova Arzu Həsən qızı,

Ağdam rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Abşeron rayonu.