07 noyabr 2019, 11:50

Rəhman Nuğayevdən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu öndər Heydər Əliyevi və Sizi Azərbaycana bəxş etdiyinə görə biz Tanrının xoşbəxt bəndələriyik. Əmin-amanlıq, sabitlik şəraitində yaşadığımıza, firavan, xoşbəxt həyat sürdüyümüzə görə Sizə minnətdarıq.

Ümummilli lider Heydər Əliyevin xalqımız üçün keşməkeşli illərdə hakimiyyətə qayıdaraq müasir Azərbaycanın təməlini qoydu, Siz isə onun ənənələrini yaşatdınız, ideyalarını uğurla həyata keçirdiniz.

Azərbaycanın iqtisadi inkişafı bizi sevindirir, regionlardakı quruculuq işləri isə göz oxşayır. Rahat və geniş yollar, müasir memarlıq nümunələri vətəndaşlarla yanaşı, ölkəmizin qonaqlarına da zövq verir.

Sosial sahədə atdığınız addımlar vətəndaşların rifahının yaxşılaşdırılmasına yönəlib. Ordu quruculuğundakı nailiyyətlər isə göz qabağındadır. Hərbi hissələrdə yaradılan şərait Azərbaycan əsgərinə olan diqqət və qayğının nəticəsidir.

Cənab Prezident, Sizinlə fəxr edir və qürur duyuruq. Çünki Siz bizim sabahımızı, xoşbəxt gələcəyimizi yaradırsınız. İnkişafımızı görməyənlərin, Vətənini sevməyənlərin bu ölkədə yaşamağa mənəvi haqqı yoxdur. Allah Sizi qorusun.

Hörmətlə,

Nuğayev Rəhman Surxay oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Diyallı kəndi.