Bəhman Gülmalıyevdən, Ağdam, Azərbaycan
05 noyabr 2019, 15:00
Hörmətli cənab Prezident.
Mən Ağdam rayonundan məcburi köçkün və II qrup əliləm. Qardaşım Mehman Gülmalıyev 2 il doğma torpaqlar uğrunda vuruşmuş, 1994-cü ilin aprel ayında Ağdamın Yusifcanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Həm məcburi köçkünlərə, həm də əsgərlərimizə yaradılan şərait bizi xoş gələcəyə ruhlandırır. Tez-tez hərbi hissələrdə oluram. Rəhbərliyinizlə Azərbaycanın ordu quruculuğunda həyata keçirilən islahatlar əsgərlərin məişətində də öz sözünü demişdir. Hazırda Vətənimizin keşiyində dayanan gənclərimiz üçün hərbi bölmələrdə ən müasir şərait yaradılmışdır. Ən çətin təbii şəraitdə xidmət edən əsgərlər də onlara yaradılan şəraitdən məmnundurlar və belə mühitdə xidmət etməkdən qürur duyurlar.
Əsgər və zabitlərə göstərilən diqqət və qayğı, ordumuzun qüdrətlənməsi istiqamətində görülən işlər Qələbə gününün uzaqda olmadığından xəbər verir. Qələbəyə gedən yolun yolçuları olan əsgərlərimiz Sizin əmrinizlə torpaqlarımızı işğaldan azad etməyə müntəzirdirlər.
Cənab Prezident, şəhid ailələri, Qarabağ müharibəsinin əlilləri və veteranları, qaçqın və məcburi köçkünlər Sizin daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyirlər. Siz xalqını, Vətənini sevən lidersiniz.
Hörmətlə,
Gülmalıyev Bəhman Çərkəz oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu, Xıdırlı kəndi.