17 oktyabr 2019, 17:50

Heydər Kərimovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçməsi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Dünya siyasətində mühüm yer tutan Azərbaycanın uğurları ölkəmizlə yanaşı, regionun inkişafına da təkan verir. Azərbaycanın hər bir uğuru onu sevən dost ölkələrin sevincinə səbəb olur.

Bu uğurlar Sizin məqsədyönlü daxili və xarici siyasətiniz nəticəsində qazanılır. Cari ildə minimum əməkhaqqının bir neçə dəfə nəzərəçarpacaq dərəcədə artırılması ölkəmizdə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına xidmət edir.

Gəncə Dövlət Universitetinin müəllimlərinin əməkhaqlarının 20 faiz artırılması müəllim əməyinin stimullaşdırılması ilə bağlı tədbirlərin davamıdır. Qazanılan uğurlar dövlətin təhsil siyasətinin davamlı inkişafına göstərilən diqqət və qayğısının təzahürüdür. Bu diqqət və qayğıya görə Gəncə Dövlət Universitetinin pedaqoji kollektivi adından Sizə minnətdarlığımı bildirir, cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Kərimov Heydər Nəsib oğlu, professor.

Azərbaycan Respublikası, Gəncə şəhəri.