16 oktyabr 2019, 17:30

İlham Əsgərovdan, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident!

“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamınızla 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan olunması şairin irsinin ölkəmizdə tətbiqinə və təbliğinə böyük töhfədir.

Yubiley tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın regionlarda 650 min ağac əkmək təşəbbüsünə həvəslə və böyük ruh yüksəkliyi ilə qoşulmuşuq.

Sabirabad şəhərinin park və xiyabanlarında, Hacıqabul-Sabirabad-Bəhrəmtəpə magistral avtomobil yolunun hər iki tərəfində ərazilər hazırlanıb, yerlər müəyyənləşdirilib. Noyabr ayında Aran mühitinə uyğun minlərlə Xan çinarı, meyvə ağacı əkmək fikrindəyik.

Möhtərəm Prezidentimiz!

Sabirabad rayonunun ziyalıları adından Sizə və Mehriban xanıma Azərbaycanımızın çiçəklənməsi naminə gördüyünüz işlərə görə minnətdarlığımızı bildirir və gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əsgərov İlham Əlihüseyn oğlu,

Azərbaycan Ziyalılar Cəmiyyətinin Sabirabad rayon təşkilatının sədri

Azərbaycan Respublikası, Sabirabad rayonu.