16 oktyabr 2019, 15:10

Hacı Hacıyev və başqalarından, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident.

Müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi kimi Sizin həyata keçirdiyiniz məqsədyönlü, uzaqgörən siyasətiniz sayəsində ölkəmiz uğurla inkişaf edir və güclənir. Davamlı və sabit inkişafın təmin olunması üçün həyata keçirdiyiniz məqsədyönlü tədbirlər qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir. Belə abad, gözəl bir ölkənin vətəndaşı olmağımızla fəxr edir, qürur duyuruq.

Bu gün vətəndaşlarımızın rifahı durmadan yüksəlir. Ardıcıl qəbul olunmuş Dövlət proqramlarının icrası ölkəmizin həm siyasi, həm iqtisadi, həm də sosial sahədə olduqca dinamik və hərtərəfli inkişafını təmin edir.

Möhtərəm Prezidentimiz, Siz daim xalqla birlikdəsiniz, yorulmaq bilmədən Vətənə, xalqa olan sonsuz sevginizi bariz şəkildə sübut edirsiniz. Hazırda Azərbaycan dünyanın sabit və mütərəqqi dövlətlərindən birinə çevrilib.

Ölkədə aparılan böyük tikinti-quruculuq işləri rayonumuzda da geniş vüsətlə davam edir. Son illər ən ucqar dağ kəndləri də daxil olmaqla, on kilometrlərlə avtomobil yolları asfaltlaşdırılıb, müasir məktəb binaları tikilib, istirahət yerləri salınıb, bir sözlə, əhalinin sosial rifahının təmini istiqamətində əhəmiyyətli işlər görülüb.

Yaşadığımız Pəlikəş kəndi səfalı təbiəti, zümrüd bulaqları, ecazkar meşələri ilə tanınır. Rayon mərkəzindən 35 kilometr uzaqlıqda yerləşən bu gözəl məkanın yararsız yolları hamımızı narahat edirdi. Sizin Sərəncamlarınıza əsasən Deqadi-Pəlikəş avtomobil yolunun təmiri “ucqar kənd” sözünü bizə unutdurdu. İllərlə piyada getdiyimiz yolları indi avtomobillərlə rahat və təhlükəsiz gedirik. Sakinlər isə şadyanalıq edir, Sizin xalqa, Vətənin hər bir guşəsinə qayğınızdan məhəbbətlə söhbət açırlar.

Bu rahatlığa, firavanlığa görə Sizə sonsuz məhəbbətimizi, dərin minnətdarlığımızı bildiririk. Bu, Sizin bütün astaralılara əvəzsiz töhfəniz və əsil qayğınızdır.

Dərin hörmət və ehtiramla,

Hacıyev Hacı

Eyvazov Xalid

Xalıqov Nəbi

Məmmədov Şairağa və başqaları (cəmi 18 nəfər).

Azərbaycan Respublikası, Astara rayonu, Piləkeş kəndi.