15 oktyabr 2019, 19:30

Məmmədrəsul Hacıyev və başqalarından, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz - Ağdaş rayonunun Qolqəti kəndinin sakinləri Sizin həyata keçirdiyiniz daxili və xarici siyasətinizi bəyənir və həmişə dəstəkləyirik. Ölkədə gedən abadlıq və quruculuq işləri bizi çox sevindirir.

Sizin Sərəncamınızla bizim kəndin yol infrastrukturu tamamilə yenilənib. Kəndimizi rayon mərkəzi və ətraf kəndlərlə birləşdirən yol müasir standartlara cavab verən bir yola çevrilib. Bu, bütün kənd camaatının sevincinə səbəb olub. Həmçinin kəndimiz işıq və qazla fasiləsiz təmin olunub. Buna görə Sizə və Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Sizə gələcək işlərinizdə də uğurlar arzulayırıq.

Hörmətlə,

Hacıyev Məmmədrəsul

Həsrətov Şahin

Şirəliyev Ələkbər

Nəbiyev Məhərrəm

Səmədov Araz və başqaları (cəmi 10 nəfər).

Azərbaycan Respublikası, Ağdaş rayonu, Qolqəti kəndi.