12 oktyabr 2019, 12:25

Firəngiz Həmidovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasındakı tarixi çıxışınızda “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləriniz bizi ruhlandırdı və qələbəyə böyük inam yaratdı. Ermənistan baş nazirinin sərsəm bəyanatına kəskin cavabınız Azərbaycan və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bu çıxışınızla Siz bütün dünyaya bəyan etdiniz ki, Azərbaycan heç zaman işğalla barışmayacaq və öz torpaqlarını azad edəcəkdir.

Cənab Prezident, bu çıxışınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz Sizinlə fəxr edir və qürur duyuruq. İnanırıq ki, Sizin müdrik siyasətiniz nəticəsində Qarabağ problemi tezliklə öz həllini tapacaqdır. Bu çətin yolda Sizə uğurlar və qələbə arzulayırıq. Allah Sizi qorusun.

İ.Əbilhəsənov adına 42 nömrəli məktəbin müəllim kollektivi adından hörmətlə,

Həmidova Firəngiz İsmayıl qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.