12 oktyabr 2019, 11:35

Şahverdi Ağakişiyevdən, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident.

Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasındakı qətiyyətli çıxışınızı alqışlayır və buna görə ailəmiz adından Sizə təşəkkürümü bildirirəm.

Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatı bir müddət idi ki, Azərbaycan ictimaiyyəti tərəfindən qınaq obyektinə çevrilmişdi. Bu qədər yalan və uydurma fikirləri necə qəbul etmək olar axı?!

Sizin Soçidə keçirilən beynəlxalq tədbirdə bu yalanı ifşa edərək “Qarabağ Azərbaycandır və nida işarəsi” deməyiniz xalqımızın ürəyindən xəbər verdi. Düşünürəm ki, bu sözlərin belə mötəbər tədbirdə, nüfuzlu şəxslərin və media nümayəndələrinin qarşısında deyilməsi ermənilərin məkrli niyyəti və saxtakarlığı barədə düzgün fikir formalaşdırdı, düşmənə güclü bir zərbə oldu. Biz düşmənə belə zərbələri həm diplomatik, həm də hərbi sahədə vururuq. Əsl zərbənin gücünü, təsirini isə yəqin ki, yaxın vaxtlarda ermənilər daha yaxşı hiss edəcəklər.

Düşmən agah olsun ki, kəsərli sözü olan Ali Baş Komandanın Ordusunun qılıncı da kəsərlidir!

Hörmətlə,

Ağakişiyev Şahverdi İslah oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.