12 oktyabr 2019, 10:35

Elburus Hacıyevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Ağdam şəhərindən məcburi köçkünəm. Dörd övladım var. Ailəmlə birlikdə Ağdam rayonunun Quzanlı qəsəbəsində məskunlaşmışam. Bir vaxtlar qaz, işıq, içməli su və digər infrastrukturla bağlı problemləri olan Quzanlı qəsəbəsi indi abad və gözəl şəhər təəssüratı bağışlayır. Uzun illərdir apardığınız uzaqgörən siyasət nəticəsində rayonumuzda uğurlu sosial-iqtisadi layihələr həyata keçirilir. Ağdamlıların güzəranının yaxşılaşdırılması üçün bənzərsiz işlər görülür.

Möhtərəm cənab Prezident, ağdamlılar adından bildirmək istəyirəm ki, rayonumuzun bütün sakinləri Sizin uğurla apardığınız dövlətçilik siyasətinizi tam dəstəkləyirlər. Əminliklə deyirəm ki, Sizin torpaqlarımızın işğaldan azad olunması üçün verəcəyiniz hər bir əmrə sözsüz tabe olacaq və Sizin rəhbərliyiniz altında bir yumruq kimi birləşəcəyik.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Hacıyev Elburus Baxşeyiş oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.