10 oktyabr 2019, 20:00

Gülarə Verdiyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikriniz zəfər qığılcımıdır. Bu qətiyyətli sözlər gücdür, qüvvətdir. Bu müdrik kəlmə xalqın birliyidir.

Sizin bu sözləriniz müasir dövrün milli vətənpərvərlik ruhunu qazanmaqdadır. Bu fikirlər keçmişimizi əks etdirən Azərbaycan tarixidir. Sizin milli və dövlətçilik maraqlarının müdafiəsində çox müdrik və prinsipial mövqe nümayiş etdirməyiniz “Qarabağ Azərbaycandır və nida işarəsi” deməyiniz Ermənistanın baş nazirinin apardığı siyasətin darmadağın edilməsi və Qarabağ həqiqətlərinin, ölkəmizin haqlı mövqeyinin bir daha dünyaya çatdırılması baxımından çox əhəmiyyətli bir hadisə oldu.

“Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasındakı çıxışınızda ermənilərə sərrast və müdrik cavab verdiyinizə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Verdiyeva Gülarə Eyvaz qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.