10 oktyabr 2019, 19:30

Sahib Məmmədovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident.

Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında etdiyiniz dəyərli, məzmunlu və vətənpərvər çıxışınıza görə şəxsən öz adımdan və Zərdab rayonunun iki min nəfər əhalisi olan Şahhüseynli kəndinin sakinləri adından Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Cənab Prezident, bu, çox qürurverici bir çıxış idi. Bununla və ümumiyyətlə, hər bir işinizə görə Sizinlə fəxr edir, qürur duyuruq. İnanırıq ki, ölkəmizin əsas problemi olan Qarabağ məsələsi də Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində tezliklə həllini tapacaqdır.

Allah Sizi qorusun və yolunuza hər zaman işıq salsın.

Hörmətlə,

Məmmədov Sahib Məmməd oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Şahhüseynli kəndi.