10 oktyabr 2019, 19:00

Jalə Hacıyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin düşmən tərəfin sərsəm bəyanatına sərrast və dəqiq cavab olaraq “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deməyiniz bizi daha da ruhlandırdı. Bu, nöqtəni məhv edən nidadır. Əminik ki, Sizin belə mötəbər tədbirlərdə əldə etdiyiniz davamlı siyasi uğurlar hərbi sahədə şanlı qələbələrlə əvəz olunacaq, tezliklə torpaqlarımız düşmən tapdağından azad ediləcək, doğma Qarabağımızda da Azərbaycan bayrağı dalğalanacaqdır. Biz buna tam inanır və həmin günün uzaqda olmadığına əminik.

Cənab Prezident, müəllim kollektivi olaraq hər zaman yanınızda olduğumuzu bildirmək istəyirik. Bu çətin və şərəfli yolda Sizə uğurlar arzulayırıq. Tanrı hər zaman Sizi və Azərbaycanı qorusun.

R.Nəsirov adına 111 saylı tam orta məktəbin müəllim kollektivi adından hörmətlə,

Hacıyeva Jalə Əhməd qızı, direktor.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.