10 oktyabr 2019, 17:50

Mürşüd Talıbovdan, Zərdab, Azərbaycan

Əziz Prezidentimiz.

Siz Azərbaycan xalqının yaxşı yaşaması, ölkəmizin inkişafı üçün çox işlər görürsünüz. Zərdab rayonunun əhalisi də bu işlərin müsbət nəticələrini öz həyatlarında hiss edir və buna sevinirlər.

Hazırda Ucar-Zərdab avtomobil yolunun tikintisi davam edir. Bu yolun bizim üçün əhəmiyyəti çox böyükdür. Buna görə də Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, ətrafınızda həmişə sıx birləşəcəyimizə söz veririk.

Hörmətlə,

Talıbov Mürşüd.

Azərbaycan Respublikası, Zərdab rayonu, Alıcanlı kəndi.