Elçin Rəfiyevdən, Bakı, Azərbaycan
10 oktyabr 2019, 12:45
Möhtərəm cənab Prezident.
Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığınız qətiyyətli mübarizənin doğma Qarabağımızın işğaldan azad edilməsi ilə nəticələnəcəyinə inanırıq.
Rusiya Federasiyasının Soçi şəhərində keçirilən çox mötəbər tədbirdə çıxışınız zamanı “Qaradağ Azərbaycandır və nida işarəsi” deməklə Siz xalqımızın öz əzəli və əbədi torpaqlarına sahiblik əzmini və iradəsini bir daha ifadə etdiniz. İşğalçı Ermənistan və onu himayə edənlər bilsinlər ki, biz o torpaqlara mütləq qayıdacağıq!
Müdrik və uzaqgörən siyasətinizi daim bəyənib dəstəklədiyimizi bir daha bəyan edərək bildiririk ki, hər zaman Sizinləyik. Xalqın inamı, dövlətimizin gücü, Sizin cəsarətiniz və uzaqgörənliyiniz bizi qələbəyə qovuşduracaqdır.
Füzuli rayonundan olan Qarabağ müharibəsi əlilləri və veteranları adından hörmətlə,
Rəfiyev Elçin Məmməd oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.